Şəhid Elnur Əhmədovun doğum günündə ailəsi ziyarət olundu.
21 iyul 2022-ci il tarixində 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əhmədov Elnur Etibar oğlunun doğum günü qeyd olunub.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şəhidin məzarını ziyarət etmiş, ailəsinə baş çəkərək başsağlığı vermişlər.
Qeyd etmək lazımdır ki, Əhmədov Elnur Etibar oğlu 21 iyul 2000-ci il tarixdə Ağdaş rayonunun Pirəzə kəndində anadan olub. Düşmənə qarşı döyüş əməliyyatları zamanı böyük fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıb, 30 noyabr 2020-ci il tarixdə kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Əhmədov Elnur Etibar oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin! Ruhu şad olsun!