Şəhid Cəlil Əliyevin ailəsi ziyarət olunub.
22 oktyabr 2024-cü il tarixində Ağdaş rayonunun Qaradağlı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Cəlil Qüdrət oğlunun şəhadətə yüksəlməsinin növbəti ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.
Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nurlan Abbasov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Əlişah Rəcəbov, ictimaiyyətin nümayəndələri, gənclər, kənd sakinləri və şəhidin doğmaları iştirak edib.
Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!