Şəhid Anar İsrəfilovun ildönümü qeyd olunub.
26 oktyabr 2024-cü il tarixində Ağdaş rayonunun Orta Ləki kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsrəfilov Anar İsrəfil oğlunun şəhadətə yüksəlməsinin növbəti ildönümü ilə bağlı məzarı ziyarət olunub, ailəsinə baş çəkilib.
Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə düşmən üzərində qazanılan tarixi Zəfərimizə imza atan şəhidlərimizin xatirəsinin yad edilməsinin əhəmiyyətini vurğulayaraq, onların gələcək nəsillərə tanıdılması istiqamətində ardıcıl işlərin aparıldığını diqqətə çatdırıb.
Məktəblilərin ifasında bədii kompozisiya təqdim edilib, şəhidin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!