Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib.

24 may 2022 | 10:38

“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya Göyçay Rayon Mərkəzi Xəstəxanasında keçirilib. 21 may 2022-ci il tarixdə keçirilən aksiyaya  Ağdaş rayonundan bir qrup həssas kateqoriyaya aid vətəndaşlar da cəlb olunub. Müayinələr paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən aparılıb. Müayinələrin nəticələrinə əsasən xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin olunub və zəruri dərman vasitələri ilə təmin ediliblər. Layihə çərçivəsində, həmçinin xəstəlik aşkarlanan şəxslərin tam müayinələrdən keçmələri, müalicə və ehtiyac yarandıqda cərrahi əməliyyatlarının aparılmasına dəstək verilməsi, sağlamlıq vəziyyəti ağır olan bir qrup şəxsin isə ixtisaslaşmış tibb müəssisələrində müayinədən keçməsi üçün Bakı şəhərinə göndərilməsi nəzərdə tutulur.

Keçidlər