“Şahin” hərbi-idman oyunlarının açılış mərasimi keçirilib
Martın 17-də Ağdaş Olimpiya İdman Kompleksində məktəblilər arasında “Şahin” hərbi-idman oyunlarının açılış mərasimi keçirilib.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsi, Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi və rayon Təhsil sektorunun əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak edib.
Açılışda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına dəstək göstərməkdir.
Rayon birinciliyi uğrunda yarışlarda rayonun tam orta məktəblərinin X-XI siniflərində təhsil alan şagirdlərindən ibarət 27 komanda olmaqla 378 nəfər iştirak edib.