Rayonda Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
24 oktyabr 2024 | 17:05
24 oktyabr 2024-cü il tarixində Ağdaş şəhəri və Tofiqi kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Elvin Eldəniz oğlu və Maxsudov Bəxtiyar Mansur oğlunun şəhadətə yüksəlməsinin növbəti ildönümü ilə bağlı doğulduqları məkanda xatirələri yad edilib, ruhlarına dualar oxunub.
Anım mərasimlərində rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.