Rayonda taxılçılıqla məşğul olan fermerlərlə görüş keçirilib
02 may 2025 | 12:50
Aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə taxılçılığın kənd təsərrüfatında xüsusi rolunu vurğulayıb, dövlətin aqrar sahəyə yönələn dəstək tədbirlərini, o cümlədən fermerlərin subsidiyalar və texniki yardımlarla təminatı sahəsində aparılan işləri qeyd edib.
Bu tədbirlər sayəsində son illərdə məhsuldarlıqda müşahidə olunan artım dinamikası diqqətə çatdırılıb. Fermerlər öz fəaliyyətləri, mövcud problemləri və təklifləri barədə məlumat veriblər.
Görüş zamanı suvarma, texnika təminatı, gübrə və toxum məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb və aidiyyəti qurumlara bir sıra tapşırıqlar verilib.