Rayonda meliorasiya tədbirləri davam etdirilir
18 avqust 2026 | 15:04
Ağdaş rayonunda kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, mövcud meliorasiya şəbəkəsinin səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayonun Cardam kəndində suvarma arxlarının lildən, çöküntülərdən və digər tullantılardan təmizlənməsi, arxlarda yaranmış kol-kosun aradan qaldırılması, eləcə də suyun hərəkətinə əngəl törədən hissələrin bərpası işləri həyata keçirilib.
Həyata keçirilən tədbirlər nəticəsində suvarma arxlarının suötürmə qabiliyyətinin artırılması, suvarma suyunun əkin sahələrinə daha səmərəli və fasiləsiz şəkildə çatdırılması, eləcə də meliorasiya şəbəkəsinin normal fəaliyyətinin təmin olunması üçün əlverişli şərait yaradılıb.







