Rayonda Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlər keçirilib
25 sentyabr 2023-cü il tarixdə Ağdaş Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib. Təlimlərdə rayonun yerli icra strukturlarında çalışan dövlət qulluqçuları iştirak etmiş, təqdim olunan mövzular üzrə müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılmışdır.