Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlər davam etdirilir.

27 sentyabr 2023 | 17:35

27 sentyabr 2023-cü il tarixdə Ağdaş Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən növbəti təlimlər “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” na həsr olunub. Təlimlərdə rayonun yerli icra strukturlarında çalışan dövlət qulluqçuları iştirak etmiş, təqdim olunan mövzular üzrə müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılmışdır. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən təlimlər növbəti günlər ərzində davam etdiriləcəkdir.

Keçidlər