Rayonda çəltikçiliklə məşğul olan fermerlərlə görüş keçirilib
Mayın 1-də Ağdaş Rayon İcra Hakimiyyətində çəltikçiliklə məşğul olan fermerlərlə görüş keçirilib.
Görüşdə rayon rəhbərliyi, aidiyyəti qurumların nümayəndələri və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə çıxışında kənd təsərrüfatının, xüsusilə də çəltikçilik sahəsinin rayon iqtisadiyyatındakı rolunu vurğulayıb. O, dövlətin aqrar sahəyə verdiyi dəstək sayəsində son illərdə məhsuldarlıqda müşahidə olunan artımı, fermerlərə göstərilən subsidiyalar və texniki yardımları qeyd edib.
Eyni zamanda fermerlər öz fəaliyyətləri barədə məlumat verib, təkliflərini diqqətə çatdırıblar.
Görüş zamanı suvarma, texnika təminatı, gübrə və toxum məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.