Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon sakinlərinin ekoloji məsuliyyətinin artırılması məqsədilə görülən işlər davam etdirilir.

17 iyun 2025 | 14:46

Ağdaş rayonunda ətraf mühitin təmizliyinin qorunub saxlanması, eləcə də, rayon sakinlərinin təmizlik və ətraf mühitə qarşı məsuliyyətli yanaşmalarını artırmaq məqsədilə mütəmadi olaraq müxtəlif maarifləndirmə tədbirləri təşkil edilir. Rayon ərazisində tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə qayda pozan 45 nəfərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən inzibati cərimə tətbiq edilmişdir.
Bu protokolların tərtib edilməsində məqsəd vətəndaşlarda hüquqi məsuliyyət hissini formalaşdırmaq, tullantıların idarə olunması sahəsində mövcud qaydalara riayət olunmasını təmin etmək, ətraf mühitə nəzarəti gücləndirmək və ictimai qınaq vasitəsilə bu cür halların təkrar baş verməsinin qarşısını almaqdır. Ətraf mühitin qorunması və təmiz saxlanması sahəsində hər bir vətəndaşın şəxsi məsuliyyət daşıdığı nəzərə alınaraq, bu istiqamətdə ictimai fəallığın artacağına inanırıq.

Keçidlər