Rayon rəhbəri xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Avqustun 6-da Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayon Mərkəzi Xəstəxanasında müalicə alan Birinci Qarabağ müharibəsi şəhidi Rövşən Muzeydə oğlu Yusifovun anası Məlahət İsa qızı Yusifovaya və Binələr kənd sakini, gözdən əlil Qurbanova Xanım İsgəndər qızına baş çəkərək onların səhhəti, müalicə şəraiti ilə maraqlanıb, tezliklə sağalaraq sağlam həyata qayıtmalarını arzulayıb.
Görüş zamanı qeyd olunub ki, şəhid ailələrinə, müharibə əlillərinə və sosial həssas qrupdan olan vətəndaşlara diqqət və qayğı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin müalicə prosesinin diqqətdə saxlanılması ilə bağlı tibb personalına müvafiq tapşırıq və tövsiyələrini verib.
Müalicə alan sakinlər və onların doğmaları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.







