Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri vətəndaşın müraciətini yerində araşdırıb

09 iyul 2026 | 16:26

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən qəbullar zamanı vətəndaşların qaldırdıqları bütün müraciətlər fərdi qaydada dinlənilir. Operativliyin təmin edilməsi məqsədilə əksər məsələlərə yerində baxılır və həlli istiqamətində zəruri tədbirlər görülür.

Belə ki, iyulun 9-da rayonun Korarx kəndində keçirilən növbəti səyyar qəbul zamanı kənd sakini həyətyanı sahəsinin ətrafında mövcud olan torpaq kütləsinin təmizlənməsi və ərazinin abadlaşdırılması ilə bağlı müraciət edib. Müraciətə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə tərəfindən dərhal reaksiya verilib.

Rayon rəhbəri aidiyyəti məsul şəxslərlə birlikdə qeyd olunan əraziyə yerində baxış keçirərək mövcud vəziyyətlə yaxından tanış olub. Vətəndaşın narahatlığına səbəb olan problemin qısa müddətdə aradan qaldırılması məqsədilə aidiyyəti xidmət rəhbərlərinə yerində konkret tapşırıqlar verilib, məsələnin icrası nəzarətə götürülüb.

Sakinlər müraciətlərinə göstərilən həssas münasibətə görə minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər