Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri səyyar qəbul zamanı qaldırılan məsələlərlə yerində tanış olub

14 aprel 2026 | 17:55

Aprelin 14-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə Gürcüva kəndində vətəndaşların səyyar qəbulu keçirilmiş, qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilmiş və irəli sürülən məsələlər diqqətlə araşdırılmışdır.

Qəbuldan sonra rayon rəhbəri vətəndaşların çay məcrasında baş verən eroziya nəticəsində torpaq sahələrinin yuyulması, eləcə də ağac budaqlarının elektrik xətlərinə toxunması ilə bağlı qaldırdıqları problemlərlə yerində tanış olmuşdur. Aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilmiş, mövcud vəziyyət qiymətləndirilmiş və qaldırılan məsələlərin operativ həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.

Sakinlər müraciətlərinə göstərilən diqqət və həssas yanaşmaya görə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər