Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri səyyar qəbul zamanı qaldırılan məsələlərə yerində baxış keçirib

21 aprel 2026 | 17:40

Aprelin 21-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Yuxarı Nemətabad kəndində keçirilən səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərlə yerində tanış olub.

Baxış zamanı həyətyanı sahələrdə toplanmış yağış sularının şirə arxı vasitəsilə kənarlaşdırılması, eləcə də qəzalı vəziyyətdə olan işıq dirəkləri ilə bağlı mövcud vəziyyət araşdırılıb, problemlərin operativ həlli istiqamətində aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Sakinlər müraciətlərinə göstərilən operativ reaksiyaya görə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər