Rayon rəhbəri şəhid ailəsinin sevincinə şərik olub
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ bölgəsində keçirilən antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn İqbal Rzayevin bacısı dünyaya gəlib.
Bu münasibətlə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə şəhidin ailəsini ziyarət edərək, ailəyə gözaydınlığı verib, yeni doğulan körpəyə sağlam və uğurlu bir ömür, xoşbəxtlik arzulayıb.
Qeyd olunub ki, şəhid ailələrinin sosial müdafiəsi dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biridir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə İqbal Rzayev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!