Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri sakinlərin müraciətlərini yerində araşdırıb

19 may 2026 | 16:57

Mayın 19-da rayonun Qaradağlı kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərə operativ baxış keçirilib.

Səyyar qəbuldan sonra Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə sakinlərin suvarma arxı ilə bağlı müraciətlərini yerində araşdıraraq mövcud vəziyyətlə tanış olub.

Əraziyə baxış zamanı su təminatının yaxşılaşdırılması və problemin aradan qaldırılması istiqamətində görüləcək tədbirlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Sakinlər göstərilən diqqət və operativ yanaşmaya görə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər