Rayon rəhbəri Qulbəndə kəndində sakinlərin müraciətləri ilə yerində tanış olub
05 may 2026 | 17:30
5 may 2026-cı il tarixində rayonun Qulbəndə kəndində keçirilmiş səyyar qəbul zamanı sakinlərin qaldırdığı məsələlərə operativ reaksiya verilib.
Səyyar qəbuldan sonra Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə kənd sakinlərinin artezian quyusunda yaranmış nasazlıq və şirə kanalının bərpası ilə bağlı müraciətlərini yerində araşdırıb, mövcud vəziyyətlə yaxından tanış olub, məsələlərin qısa müddətdə həlli istiqamətində aidiyyəti qurumların nümayəndələrinə tapşırıq və tövsiyələrini verib.
Kənd sakinləri göstərilən xüsusi diqqət və qayğıdan razılıqlarını ifadə edərək, problemlərin həlli istiqamətində atılan operativ addımlara görə minnətdarlıqlarını bildiriblər.







