Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı fermer təsərrüfatında görülən işlərlə tanış olub
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Ərəbocağı kəndində fəaliyyət göstərən "Türyançay Fermer Təsərrüfatı" MMC-də olub, burada görülən işlərlə tanış olub.
Müəssisənin rəhbər heyəti ilə keçirilən görüşdə təsərrüfatın mövcud vəziyyəti, gələcək planları barədə məlumat verilib.
Görüş zamanı kənd təsərrüfatı sahəsində son yeniliklər, heyvandarlıq və əkinçilikdə məhsuldarlığın artırılması, suvarma sistemlərinin təkmilləşdirilməsi və dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.
Rayon rəhbəri kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edərək, dövlət tərəfindən fermer təsərrüfatlarına göstərilən dəstək tədbirlərinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.