Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri boks üzrə ölkə birincisi, həmyerlimiz Nuran Yusifli ilə görüşüb

08 may 2025 | 15:09

Mayın 8-də Ağdaş rayon İcra Hakimiyyətində boks üzrə kadetlər arasında keçirilən ölkə birinciliyinin qalibi, həmyerlimiz Nuran İlqar oğlu Yusifli ilə görüş keçirilib.

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə idmançımızı qazandığı qələbə münasibətilə təbrik edib. O, ölkəmizdə idmanın inkişafına, idmançılara göstərilən dövlət qayğısından bəhs edib, Nuran Yusifliyə bundan sonra da yeni-yeni qələbələr əldə etməyi arzulayıb.

Nuran Yusifli ölkə rəhbərliyinin idmana və gənclərə diqqət və qayğısına görə öz minnətdarlığını ifadə edib, bundan sonrakı yarışlarda da uğurla iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə 21-26 aprel tarixlərində Bakı şəhəri Boks Mərkəzində kadetlər arasında boks üzrə ölkə birinciliyinin final mərhələsi keçirilib. Ağdaş Olimpiya İdman Kompleksinin boks bölməsinin idmançısı Yusifli Nuran İlqar oğlu 46 kq çəkidə bütün rəqiblərinə qalib gələrək I yerə yüksəlib və yarışın ən yaxşı boksçusu adını qazanıb. Məşqçi-müəllimləri Nəbiyev Tacəddin Soltan oğlu və Mustafayev Xəyyam Arif oğludur.

Keçidlər