Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Biyan Sənaye Parkında istehsal prosesi ilə tanış olub
Aprelin 28-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonda yerləşən Biyan Sənaye Parkında olub, burada fəaliyyət göstərən müəssisələrin fəaliyyəti və istehsal prosesinin gedişi ilə yerində tanış olub.
Sənaye Parkında aparılan istehsal işləri, mövcud infrastruktur, texnoloji avadanlıqlar və işçi heyətinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, burada yerli xammaldan istifadə edilməklə, kənd təsərrüfatı və qida sənayesi sahələrində müxtəlif məhsulların istehsalı həyata keçirilir. Rayon rəhbəri sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin açılması və regionun iqtisadi inkişafı baxımından bu cür layihələrin əhəmiyyətini vurğulayıb.
Sonda Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.