Rayon İcra Hakimiyyətinin təqaüdə yola salınan əməkdaşı ilə görüş olub, ona Fəxri Fərman təqdim edilib
Ağdaş Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Möhlüd Hacıxanov dövlət qulluğunda olmanın yaş həddi başa çatdığı üçün təqaüdə yola salınıb.
Möhlüd Hacıxanovla görüşən Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə onun ötən dövrdə səmərəli fəaliyyətini qeyd edib, mənəvi keyfiyyətləri ilə dərin hörmət qazandığını diqqətə çatdırıb.
Rayon rəhbəri Möhlüd Hacıxanova xoş arzularını bildirib, dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə ona “Fəxri Fərman” təqdim edib.
Möhlüd Hacıxanov göstərilən etimada və barəsində səsləndirilən xoş fikirlərə görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Möhlüd Hacıxanov 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib