Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların müraciətləri ilə bağlı əraziyə baxış keçirib

04 avqust 2026 | 16:48

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən qəbullar zamanı vətəndaş müraciətləri fərdi qaydada dinlənilir. Operativliyin təmin edilməsi məqsədilə qaldırılan məsələlərin əksəriyyətinə yerində baxılır və həlli istiqamətində zəruri tədbirlər görülür.

​            Belə ki, avqustun 4-də Pirkəkə kəndində keçirilən növbəti səyyar qəbul zamanı sakinlərin müraciətlərinə rayon rəhbəri tərəfindən dərhal reaksiya verilib.

​            Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə aidiyyəti məsul şəxslərlə birlikdə qaldırılan məsələlərlə bağlı ərazilərə baxış keçirərək mövcud vəziyyətlə yaxından tanış olub. Vətəndaşları narahat edən problemlərin qısa müddətdə aradan qaldırılması üçün xidmət rəhbərlərinə tapşırıq və tövsiyələr verilib, icra prosesi nəzarətə götürülüb.

​            Kənd sakinləri göstərilən həssas münasibətə və operativ dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər