Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda səsləndirilən problemlərlə yerində tanış olub
07 aprel 2026 | 17:59
Aprelin 7-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə rayonun Aşağı Nemətabad kəndində səyyar qəbul keçirilmişdir.
Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilmiş, qaldırılan məsələlər ətraflı şəkildə araşdırılmışdır.
Qəbuldan sonra rayon rəhbəri kənd sakinlərinin şirə kanalı və elektrik xətləri ilə bağlı problemləri ilə yerində tanış olmuş, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə mövcud vəziyyətə baxış keçirmiş, qeyd olunan problemlərin operativ həlli istiqamətində müvafiq tapşırıqlar vermişdir.
Sakinlər müraciətlərinə göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.







