Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda qaldırılan müraciətlərin bir qismini yerində araşdırıb
01 aprel 2026 | 17:40
qismini yerində araşdırıb
Aprelin 1-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə rayonun Yuxarı Ağcayazı kəndində səyyar qəbul keçirilmişdir. Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilmiş, qaldırılan məsələlər diqqətlə araşdırılmışdır.
Qəbuldan sonra rayon rəhbəri tərəfindən müraciətlərin bir qismi aidiyyəti qurumların nümayəndələri ilə birlikdə yerindəcə araşdırılmış, mövcud vəziyyət ətraflı qiymətləndirilmiş və problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər onlara göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.







