Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul zamanı vətəndaşın müraciətini yerindəcə araşdırıb

28 avqust 2025 | 17:45

Avqustun 28-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Qobuüstü kəndində keçirilən səyyar qəbul zamanı sakinlərin müraciətlərini dinləmiş, qaldırılan məsələləri diqqətlə nəzərdən keçirmişdir.
Qəbuldan sonra rayon rəhbəri qəbul zamanı elektrik xətti ilə bağlı müraciət edən vətəndaşın problemini aidiyyəti qurumlarla birgə yerindəcə araşdırmış, mövcud vəziyyəti qiymətləndirmiş və problemin həlli üçün müvafiq tapşırıqlar vermişdir.
Vətəndaş göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə etmişdir.

Keçidlər