Rayon İcra Hakimiyyətinin başçısı Abad kəndində şəhid ailələrini ziyarət edib
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Abad kəndində şəhidlərimiz polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlunun və Qurbanov Xəqan Daşqın oğlunun ailələrini ziyarət edib. Atəm Əliyev tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində, Xəqan Qurbanov isə 2022-ci il sentyabrın 13-14-də Ermənistan silahlı qüvvələrinin ölkəmizin Kəlbəcər və Laçın rayonları ərazisində törətdiyi növbəti hərbi təxribatların qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalıblar. Görüşlərdə onların keçdiyi şərəfli döyüş yolundan, şücaətlərindən bəhs olunub Ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canlarını fəda etmiş bütün qəhrəman Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Hər iki şəhid ailəsinin qayğıları dinlənilib və onların sosial rifahının, yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağı qeyd olunub. Şəhid ailələrinin üzvləri sosial dəstək tədbirləri ilə əhatə edildiklərini bildirərək, göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.