Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri dinlənilib
16 may 2025 | 12:21
Mayın 16-da Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə növbəti vətəndaş qəbulu keçirib.
Rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçən qəbul zamanı rayon sakinlərinin elektrik təsərrüfatının yenilənməsi, küçələrin cari və əsaslı təmiri, icarəyə torpaq sahəsinin verilməsi və s. məsələlərlə əlaqədar müraciətləri dinlənilib.
Bir sıra müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll olunub. İcrası üçün vaxt və aidiyyatı araşdırma tələb olunan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.
Vətəndaşlara müraciət etdikləri ayrı-ayrı məsələlərlə bağlı qanunvericiliyə uyğun izahatlar da verilib.