Rayon İcra Hakimiyyətində müşavirə keçirilib
Ağdaş rayon İcra Hakimiyyətində əmək və icra intizamına riayət olunması məsələlərinə dair müşavirə keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə “Ağdaş Rayon İcra Hakimiyyətinin daxili intizam qaydaları”nın təsdiq edildiyini, bu qaydaların Əmək Məcəlləsinin müvafiq maddəsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlandığını bildirib.
Qeyd olunub ki, sənəddə müvafiq dövlət qurumunun strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərlə bağlanmış əmək müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi, əmək qanunvericiliyinin tələblərinə və əmək intizamına riayət olunması məsələləri əksini tapıb.
Rayon İcra Hakimiyyəti aparatında əmək intizamına və daxili intizam qaydalarına riayət edilməsi üçün müasir texnologiyaların tətbiqinə başlanıldığı bildirilib. İnzibati binanın girişində üz tanıma cihazı quraşdırılıb, digər tabe müəssisələrdə elektron qeydiyyat sistemi tətbiq edilənə qədər əmək intizamına ciddi riayət edilməsi üçün işə davamiyyət jurnalından istifadə tövsiyə edilib.
Tədbirdə əmək və icra intizamına riayət olunması, habelə yerli icra strukturları qarşısında qoyulan vəzifələrin icrası sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.