Rayon ərazisində tut tinglərinin əkilməsinə başlanılmışdır.
30 dekabr 2022 | 11:35
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq ölkənin hər yerində olduğu kimi rayona 20 min ədəd tut tingi gətirilərək Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən aidiyyəti üzrə paylanılmışdır. Artıq rayon ərazisində tut tinglərinin kütləvi şəkildə əkininə başlanılmışdır. Tut tinglərinin əkilməsi respublikamızda baramaçılığın gələcək inkişafına, ipəkçiliyin yem bazasının möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin sağlamlaşdırılmasına şərait yaradacaqdır.