Rayon ərazisində su meliorasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər aparılır
20 may 2026 | 17:31
Ağdaş rayonunda meliorasiya və su təsərrüfatı sistemlərinin dayanıqlı fəaliyyətinin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
Həyata keçirilən işlər çərçivəsində rayonun Aşağı Ləki kəndi ərazisindən keçən şirə kanalının məcrası müvafiq texnika cəlb olunmaqla lildən və digər maneələrdən təmizlənib.
Görülən işlər sakinlərin istifadəsində olan pay torpaqlarının və əkin sahələrinin şoranlaşmasının qarşısını almaqla yanaşı, əkinəyararlılıq səviyyəsini də yüksəldir. Bu isə öz növbəsində aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və kənd təsərrüfatı fəaliyyətinin daha səmərəli təşkilinə müsbət təsir göstərir.







