Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində sahibsiz heyvanlar üçün sığınacaqların yaradılması təşəbbüsü olan İctimai birliklər, qeyri-hökumət təşkilatları və fiziki şəxslərin nəzərinə!

16 fevral 2023 | 18:20

E L A N

Son zamanlar Ağdaş şəhəri və şəhərə yaxın kənd ərazilərində sahibsiz küçə itlərinin sayının artması, onların sakinlərə təhlükə yaratması və sahibsiz itlərlə bağlı müvafiq tədbirlərin görülməsi ilə bağlı müraciətlərin sayı artmaqdadır.

Yaranmış vəziyyətin aradan qaldırılması məqsədilə rayon ərazisində sahibsiz heyvanlar üçün sığınacaqların yaradılması vacibdir. Sığınacaq yaratmaq  təşəbbüsü olan İctimai birliklər, qeyri-hökumət təşkilatları və fiziki şəxslər müvafiq köməklik göstərilməsi üçün Ağdaş rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.

 

 

Keçidlər