Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində meliorativ tədbirlər davam etdirilir

18 may 2026 | 16:51

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə mənbəyini Türyançay çayından götürən və Ovçulu kəndini suvarma suyu ilə təmin edən arxın 3 kilometr hissəsində qazıntı işləri aparılmışdır. Həyata keçirilən qazıntı işləri nəticəsində suyun sərbəst axını təmin edilmiş və əkin sahələrinin suvarma suyu ilə daha effektiv təminatına şərait yaradılmışdır. Qeyd edək ki, Ağdaş Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən həyata keçirilən meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artırılmasına və torpaq istifadəçilərinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına mühüm töhfə verir.

Keçidlər