Qolqəti kəndində sakinlərin səyyar qəbulu keçirilib
21 yanvar 2025 | 18:38
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə tərəfindən rayonun kənd və qəsəbələrində sakinlərin səyyar qəbulları davam etdirlir.
Növbəti səyyar qəbul rayonun Qolqəti kəndində keçirilib.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll olunub. Həlli müəyyən vaxt tələb edən məsələlər nəzarətə götürülərək, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.