Şriftin ölçüsü :

Saytın rəngi :

Qolqəti bələdiyyəsini əhatə edən ərazi icra nümayəndəliklərinin 2026-cı ilin 6 ayı ərzində görülmüş işlər rayon İcra Hakimiyyətində müzakirə olunub

30 iyul 2026 | 17:47

Ağdaş Rayon İcra Hakimiyyətində rayonun Qolqəti bələdiyyəsini əhatə edən Korarx, Qolqəti, Dəhnəxəlil və Yuxarı Ağcayazı kənd ərazi icra nümayəndəliklərinin 2026-cı ilin ilk 6 ayı ərzində gördükləri işlərə dair hesabat tədbiri keçirilib.

Tədbirdə qeyd olunan ərazi icra nümayəndəliklərinin rəhbərləri tərəfindən hesabat dövründə ərazilərdə həyata keçirilmiş işlər, vətəndaşlarla aparılan görüşlər, müraciətlərə baxılması, sosial məsələlərin həlli, kəndlərin abadlaşdırılması və ərazidə mövcud problemlərin aradan qaldırılması istiqamətində görülmüş tədbirlər barədə məlumat verilib.

Hesabatlarda əhalinin gündəlik qarşılaşdığı məsələlərin operativ həlli, kommunal və infrastruktur problemlərinin aidiyyəti qurumlarla birgə həlli, kənd təsərrüfatı sahəsində görülən işlər, ərazilərin sanitar vəziyyətinin yaxşılaşdırılması, abadlıq və təmizlik işlərinin təşkili ilə bağlı görülmüş tədbirlər diqqətə çatdırılıb.

Daha sonra Qolqəti bələdiyyəsinin sədri çıxış edərək bələdiyyənin ərazisində 2026-cı ilin ilk 6 ayı ərzində görülmüş işlər, ərazidə abadlıq və təmizlik tədbirləri, yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Tədbirdə hesabat dövründə görülmüş işlərlə yanaşı, ərazilərdə mövcud olan problemlər və onların həlli yolları da müzakirə olunub, qarşıdakı dövr üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Sonda ərazi icra nümayəndəlikləri və bələdiyyə tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması, kəndlərin abadlaşdırılması və sakinlərin müraciətlərinin operativ həlli istiqamətində işlərin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

 
Keçidlər