“Qərbi Azərbaycan: tarixi həqiqətlər” mövzusunda dəyirmi masa keçirilib.
30 aprel 2024-cü il tarixində Ağdaş Rayon İcra Hakimiyyətində “Qərbi Azərbaycan: tarixi həqiqətlər” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova, Qərbi Azərbaycan İcmasının yerli nümayəndəsi Əhməd Əhmədov, idarə, müəssisə və təşkilatların rəhbərləri və nümayəndələri iştirak edib. Çıxışlarda azərbaycanlılara qarşı əsrlər boyu törədilən bəşəri cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev tərəfindən genişmiqyaslı tədbirlərin həyata keçirildiyi və bu məsələnin hər zaman diqqət mərkəzində saxlanıldığı diqqətə çatdırılıb, eyni zamanda indiki Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsində göstərdiyi diqqət və yüksək dəstəyə görə dövlət başçısına dərin minnətdarlıq ifadə olunub. Sonda Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində sosial şəbəkələrdə gedən informasiya mübarizəsində aktivliyin vacibliyi vurğulanıb.