Qaradeyin kəndində şəhid ailələri ziyarət olunub
06 fevral 2025 | 17:32
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Qaradeyin kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Abbasov Rasim Xanoğlan oğlu və Kərimov Fikrət Rubil oğlunun, 44 günlük Vətən müharibəsi şəhidləri Abbasov Nemət Elçin oğlu və Məsimov Əkbər Yunus oğlunun ailələrini ziyarət edib.
Görüşlərdə şəhidlərin əziz xatirələri ehtiramla yad edilib, ailələrin hər birinin qayğıları öyrənilib. Şəhidlərin xatirələrinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.