Qalib Həsənova medal təqdim edildi.
Dövlət İdarələri və İctmai Xidmət İşçiləri Həmkarlar İttifaqı Ağdaş rayon Komitəsinin sədri Qalib Həsən Oğlu Həsənovun 70 yaşı tamam olmuşdur. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası uzun müddət səmərəli fəaliyyətini nəzərə alaraq onu “AHİK-nın 30 illiyi” yubiley medalı ilə təltif etmişdir. Bu münasibətlə rayon İcra Hakimiyyətində keçirilən tədbirdə yubilyara medalın təqdimetmə mərasimi keçirilmişdir. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə Q.Həsənovun mənalı həyat yolu və uzun illər dövlət qulluqçusu olaraq qüsursuz xidmətləri barədə geniş söhbət açmış, sonra yubiley medalını təqdim etmişdir. Rayon İcra Hakimiyyətinin kollektivi uzun illər birgə çalışdıqları Qalib Həsənovu şərəfli yubiley yaşı münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və rifah diləyir.