Prezident dövlət qulluqçularını peşə bayramı münasibətilə təltif edib.
21 iyun 2025 | 16:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 iyun 2025-ci il tarixində peşə bayramı münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir sıra dövlət qulluqçularını təltif edib.
Təltif olunanların sırasında Ağdaş Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Yusifli Maarif İmran oğlu da vardır.
Həmkarımızı təbrik edir, bundan sonrakı fəaliyyətində ona möhkəm cansağlığı və bol-bol uğurlar arzulayırıq.