Pirkəkə kəndində şirə kanalında təmizlənmə işləri həyata keçirilib
08 aprel 2026 | 14:37
Ağdaş rayonunun Pirkəkə kəndi ərazisində mövcud suvarma infrastrukturunun yaxşılaşdırılması məqsədilə şirə kanalında təmizlənmə işləri aparılıb.
Həyata keçirilən tədbirlər çərçivəsində suyun axınında yaranmış maneələr aradan qaldırılıb, kanalın ötürücülük qabiliyyəti bərpa olunub. Bu isə öz növbəsində əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və kənd təsərrüfatı fəaliyyətinin daha səmərəli təşkilinə müsbət təsir göstərəcəkdir.
Qeyd edək ki, bu kimi tədbirlər rayon ərazisində mövcud meliorasiya və su təsərrüfatı sistemlərinin dayanıqlı fəaliyyətinin təmin olunması məqsədilə mütəmadi olaraq davam etdirilir.







