Pirkəkə kəndində şəhidlərimizin ailələri ziyarət olunub
22 may 2025 | 16:46
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Pirkəkə kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Babayev Şaban Baba oğlu, Əhmədov Təvəkkül Vahid oğlu və Məmmədov Xaləddin Usub oğlunun ailələrini ziyarət edib.
Görüşlərdə şəhidlərimizin əziz xatirəsi hörmətlə anılıb, onların ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, qayğı və problemləri dinlənilib.
Vurğulanıb ki, bu gün ölkəmizdə həyata keçirilən sosial layihələrdə şəhid ailələrinin rifah halının yüksəldilməsi əsas prioritetlərdən biridir.
Şəhid ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!