Orta Ləki kəndində şəhid Azər Vəliyevin doğum günü qeyd olunub.
20 sentyabr 2022-ci il tarixində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Azər Vəli oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, gənclər, şəhidin ailə üzvləri və yaxınlarının iştirakı ilə kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, döyüş yolundan söhbət açılıb.
Sonra şəhidin evində ehsan süfrəsi təşkil olunub.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Vəliyev Azər Vəli oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ruhları şad olsun!