Orta Ləki kəndində şəhid Anar İsrəfilovun ailəsi ziyarət olunub.
26 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Orta Ləki kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsrəfilov Anar İsrəfil oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib. İl mərasimində Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Əlişah Rəcəbov, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən şəhidin uyuduğu məzarın üzərinə əklil, digər iştirakçılar tərəfindən gül dəstələri düzülüb, məktəblilərin ifasında kompozisiya təqdim olunub, ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!