Növbəti hesabat yığıncaqları Kotavan, Pirəzə, Ağzıbir və Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində keçirilib
Yanvarın 13-də rayon İcra Hakimiyyəti başçısının Kotavan, Pirəzə, Ağzıbir və Abad kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin 2025-ci il ərzində gördükləri işlərə dair hesabat yığıncaqları keçirilmişdir.
Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektorunun müdiri Firdovsi Məmmədov, müvafiq yerli bələdiyyələrin sədrləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Yığıncaqlar zamanı nümayəndəliklər tərəfindən hesabat dövründə kəndlərin sosial-iqtisadi inkişafı istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumatlar təqdim olunmuş, həmçinin nümayəndəliklərin fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılmış, kəndlərin inkişafı ilə bağlı bir sıra təklif və tövsiyələr irəli sürülmüşdür.







