Nehrəxəlil kəndində şəhid ailələri ziyarət olunub
08 aprel 2025 | 17:26
Aprelin 8-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Nehrəxəlil kəndində Birinci Qarabağ müharibəsi şəhidləri İbrahimov Ceyhun Nazim oğlu və Səfərov Elman Baxşalı oğlunun ailələrini ziyarət edib.
Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Ailələrin qayğıları öyrənilib, onların hər zaman dövlət tərəfindən sosial dəstəklə əhatə olunduqları qeyd olunub.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!