Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Ağdaş rayon komissiyasının təşkilatçılığı ilə yabanı halda bitən narkotik tərkibli bitkilərin zərərli xassələrinin təbliği ilə bağlı maarifləndirmə işləri aparılmışdır
Ağdaş rayonunda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər Dövlət Proqramının 4.4.16-cı bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik tərkibli yabanı bitkilərin inkişafını, yetişməsini və vegetasiyasını əks etdirən geobotaniki xəritələrin hazırlanması üçün müvafiq tədqiqat işlərinin və təyinat monitorinqinin təşkili, həmin bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlar vasitəsilə onların zərərli xassələrinin təbliği ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Ağdaş rayon komissiyası Ağdaş rayon Polis şöbəsini, rayonda fəaliyyət göstərən bələdiyyələri və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ağdaş Rayon Bölməsinin sektorunu cəlb etməklə birgə maarifləndirici tədbir keçirilmişdir.







