Mürsəl kəndində yol infrastrukturu yaxşılaşdırılır
08 iyun 2026 | 16:52
Rayonda əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, həmçinin yol infrastrukturunun vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Bu tədbirlər çərçivəsində Ağdaş rayonunun Mürsəl kəndində yerli bələdiyyənin və kənd sakinlərinin birgə təşəbbüsü ilə kənddaxili avtomobil yolunun 4 kilometrlik hissəsində xüsusi texnikalar cəlb olunmaqla, çınqıl örtüyü salınmış və hamarlanma işləri həyata keçirilmişdir.
Görülən işlər kənd sakinlərinin rahat gediş-gəlişinin təmin edilməsinə, nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə, eləcə də yol infrastrukturunun ümumi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.







