Müharibə ilə əlaqədar əlilliyi olan Valeh İsayev evində ziyarət olunub
Noyabrın 25-də Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə müharibə ilə əlaqədar əlilliyi olan Valeh Mehrac oğlu İsayevi evində ziyarət edib.
V.İsayev möhtəşəm tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib. Döyüşlərin birində yaralanan V.İsayevə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlillik müəyyən edilib.
Onunla və ailə üzvləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, qəhrəman zabit və əsgərlərimizn göstərdiyi şücaətlərdən bəhs olunub.
Rayon İcra Hakimiyyətinin başçısı V.İsayevin səhhəti, habelə onun və ailə üzvlərinin qayğıları ilə maraqlanıb. Onların sosial vəziyyətinin dövlətimiz tərəfindən hər zaman diqqətdə saxlanılacağı qeyd edilib.
V.İsayev göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.