Milli mətbuatın inkişafında xidmətlərinə görə həmyerlimiz Tofiq İsayev dövlət təltifinə layiq görülüb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyul 2025-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə milli mətbuatımızın inkişafında xidmətlərinə görə təltif edilənlər arasında həmyerlimiz Tofiq İsayev də var.
Uzun illər “Ağdaş” qəzetinin baş redaktoru vəzifəsində çalışmış, mətbuat sahəsinin inkişafına mühüm töhfələr vermis Tofiq İsmi oğlu İsayev Sərəncama əsasən, "Tərəqqi" medalı ilə təltif olunub.
Tofiq İsayevin uzunmüddətli peşəkar fəaliyyəti və yerli informasiya məkanının formalaşmasında göstərdiyi xidmətlər bu yüksək dövlət təltifi ilə qiymətləndirilib.
Bu münasibətlə Tofiq İsayevə səmimi təbriklərimizi çatdırır, ona möhkəm cansağlığı arzulayırıq.







